Büdcə layihəsi plenar iclasa tövsiyə olundu

Büdcə layihəsi plenar iclasa tövsiyə olundu
  02 Dekabr 2016    Oxunub:1061
“2017-cı il üçün yaşayış minimumu haqqında”, " 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları parlamentin qarşıdan gələn plenar iclaslarına tövsiyə olunub.
AzVision.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Vitse-spiker bu günkü uzun müzakirələrdən sonra hökumət və deputatlarla birgə yekdilliklə gələn ilin dövlət büdcə layihəsinin parlamentin dekabr ayının 6,7 və 8-də baş tutacaq plenar iclaslarına tövsiyə olunduğunu deyib.

Qeyd edək ki, noyabrın 30-dan başlayaraq 2017-ci ilin dövlət büdcəsi Milli Məclisin bütün komitələrinin iştirakı ilə müzakirə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti