16 yaşlı qızın mədəsindən iynə çıxarılıb

16 yaşlı qızın mədəsindən iynə çıxarılıb
  02 Dekabr 2016    Oxunub:1515
Bir neçə gün əvvəl dişləri arasında saxladığı tikiş iynəsini təsadüfən udan 16 yaşlı qızın mədəsindən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən yad cisim xaric edilib.
RMDM-dən AzVision.az-a verilən məlumata görə, Mərkəzin həkim-mütəxəssislərinin birgə səyi nəticəsində ümumi anesteziya altında endoskopik yolla qızın mədə divarına sancılmış iynə xaric edilib və prosedur fəsadsız başa çatdırılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti