Olimpiadanın qalibləri mükafatlandırıldı

Olimpiadanın qalibləri mükafatlandırıldı
  06 Dekabr 2016    Oxunub:2351
Bakıda Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiyadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, “İstək” liseyinin direktoru Anar Məmmədov, deputatlar, ali məktəblərin rektorları, alimlər iştirak ediblər.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Lütfi Zadənin 95 illik yubileyinə həsr olunmuş Məntiq Olimpiyadasında paytaxtın 292 məktəbindən 23 834 nəfər V-VI sinif şagirdinin iştirak etdiyini bildirib. Onlardan 2375 nəfərin finalda iştirak hüququ qazandığını vurğulayan M.Vəliyeva yekun mərhələdə ən yüksək nəticə göstərən 83 şagirdin mükafatçılar sırasına daxil olduğunu söyləyib.

İdarə müdiri qeyd edib ki, məktəblilərin marağı nəzərə alınaraq olimpiadanın hər il keçirilməsi nəzərdə tutulub. “Bizm gələcəymiz bu uşaqların quracağı işdən asılıdır. Onlar məntiqlərin fərqli olduğunu gələcəkdə də sübut edəcəklər. Əminəm ki, onlar ən yaxşı ali məktəblərdə təhsil alacaqlaqr. Lütfi Zadənin davamçılarının bu olimpiyadanın qalibləri arasında seçiləcəyinə inanıram”.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, I Məntiq Olimpiyadasının məhz Bakı məktəbləri arasında keçirilməsi rəmzi məna daşıyır. “Hamıya məlumdur ki, Lütfü Zadə Bakıda anadan olub və Bakıda təhsilinə başlayıb. Hesab edirəm ki, bu olimpiyadanın çoğrafiyasını genişləndirməliyik. Əminəm ki, növbəti ildə digər şəhər və rayonlarda da keçiriləcək. Beləliklə, bu istedadlı şagirdlərin üzə çıxarılmasına imkan yaranacaq.

Tədbirin sonunda yüksək nəticələr əldə edən şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti