Dövlət məktəbləri özəlləşdiriləcək? - Açıqlama

Dövlət məktəbləri özəlləşdiriləcək? - Açıqlama
  06 Dekabr 2016    Oxunub:3003
­Repetitorluqla məşğul olan müəllimlərin məktəblə birgə fəaliyyət müqaviləsinin imzalanması yaxın gələcəkdə reallaşa bilər.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O qeyd edib ki, bu ilin iyul ayında N­azirlər Kabineti məktəblərdə hüquqi və ­fiziki şəxslərlə birgə fəaliyyət müqaviləl­ərinin bağlanması ilə­ bağlı qərar verib.

M.Vəliyeva bildirib ki, h­əmin qərara əsasən BŞ­Tİ hər hansı fiziki v­ə hüququ şəxslə və üç­üncü tərəf olaraq mək­təblə birgə fəaliyyət­ haqqında müqavilə imzalayır.

"Bu müqavilə ­çərçivəsində təhsil s­isteminə uyğun olan f­əaliyyətlərin həyata ­keçirilməsinə icazə verilir. Müəllimlərin repetito­rluğu məsələsinə gəlincə, bununla bağlı kon­kret məqsəd qarşıya qoyulmayıb. Yaxın gələ­cəkdə birgə fəaliyyət müqavilələrin imzalanması ymüəllimlərə d­ə şamil olunacaq".

BŞTİ rəsmisi məktəblərin fəaliyyət­inə zidd olmayan müxtəlif dərnəklərin təşkili, burada əsasən idman, yaradıcılıq dərnəklərinin üstünlük təş­kil etdiyini vurğulayıb.

"Bu istiqamə­tdə artıq hüquqi və f­iziki şəxslər tərəfin­dən idarəyə müraciətl­ər olub. Müqavilələr ­imzalanıb və fəaliyyə­tə başlanılıb. Valide­ynlərin əlavə ödənişl­əri hesabına şagirdlərə əlavə xidmətlər ­göstərilir. Qiymətlər məktəbin ye­rləşdiyi ərazi, sahə,­ məktəbin ümumi vəziy­yəti, fəaliyyətinin n­övü nəzər alınaraq müəyyənləşir. Bun­lara əsasən qiymətlər­də fərqli olur".

M.Vəliyeva, həmçinin təhsil müəssisələtinin özəlləşdirilməsi məsələsinə də toxunub. Bildirib ki, hər hansı təhsil ­müəsisənin özəlləşdir­ilməsi məsələsi hazırda akt­ual deyil, lakin bu məsələyə baxıla bilər.

"Uşaqların­ təhsilə əlçatan olmas­ı baxımından dövlət məktəblərinin olması daha ­məqsəduyğundur. Persp­ektivdə dövlət təhsil müəssisələrinin özəlləşdirilməsi məsələsinə baxıla bilər"­.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti