`Dima Bilan ermənidir` - Sənətçilərimiz etiraz etdi

`Dima Bilan ermənidir` - Sənətçilərimiz etiraz etdi
  06 Dekabr 2016    Oxunub:11280
Rusiyalı müğənni Dima Bilanın “ermənin soyqırımı” haqqında mahnı oxuması xəbəri azərbaycanlı sənətçilərin etirazı ilə qarşılaşıb.
Əməkdar artist Abbas Bağırov AzVision.az-a bildirib ki, Diman Bilanın belə addımı atması, onun kökünün erməni olması ilə bağlıdır.

“Dima Bilan bu gün kimə lazımdır? Onun kökündə erməni qanı varsa, özü də ermənidir. Buna görə belə bir addımı atıb. Dima Bilanın bu kampaniyaya qoşulması təsadüfi deyil. Hesab edirəm ki, qondarma soyqırım haqda mahnı oxumaq özü bir siyasətdir. Hansısa pullu erməni Dimaya yaxşı məbləğ verib ki, bu çirkin kampaniyaya qoşulub. Əslində Dima Bilan heç kimə lazım deyil. O, artıq əvvəlki kimi sevilmir”.



Sənətçi hesab edir ki, biz hər zaman həmrəy olsaq, öz gücümüzü göstərsək, mahnı oxumağa ehtiyac yoxdur: “Torpaqlarımızı qorumağı bacarmalıyıq. Allah torpaqlarımızı işğaldan azad etməyi bizə nəsib etsin. Onda Dima Bilan kimilər görəcək ki, Azərbayacan nə qədər böyük, qüdrətli dövlətdir.

Ermənilər bizi güdürlər ki, görsünlər, nə oxuyuruq, nə oğurlaya bilərlər. Ancaq başa düşmürlər ki, onlarda Azərbayacan musiqisinin qanı yoxdur. Ona görə də alınmır”.

A.Bağırov daha sonra maraqlı təklif irəli sürüb: “Çox istərdim Şuşa adında böyük layihə həyata keçirək. Sənətkarlarımız bu layihə ilə Fransada, Amerikada böyük konsertlər versinlər. Bunu təşkil etmək problemli iş deyil. İş adamları belə layihələrə dəstək versələr, düşmənlərimizin addım atmağa hünərləri olmayacaq. Mən “Sarı gəlin” mahsısına çəkdiyim klipimdə erməniləri ifşa etmişəm. Amma həmin klip telekanallarda yayımlanmır”.

Xalq artisti Aybəniz Haşımova Dima Bilanı ermənipərəst mövqeyinə görə tənqid edib: “İndi biz əlimizə avtomat alıb, deyə bilmərik ki, Dima Bilan belə bir iş tutub, ona fanatlıq etməyin. İnsanlarımız anlamalıdırlar ki, qapımızı açdığımız insanlar, salonlarımızda konsert verən müğənnilər indi qondarma soyqırımı təbliğ edirlər. Başa düşməliyik ki, onlar bizim xoş niyyətimizdən istifadə ediblər.



Hər birimiz Azərbaycanın haqq səsini dünyaya tanıtmalıyıq. Biz dərdimizi kimə deyək? İnsanlarımız kefindənmi evlərini, varlarını-yoxlarını qoyub gəliblər? Onlar buna məcbur qalıblar. Ağlı üstündə olan insanlar yaxşı bilir ki, Azərbayacan hər zaman soyqırıma məruz qalıb. Biz hər il təbliğat aparırıq. İstanbulda və Türkiyənin digər şəhərlərində Xocalı soyqırımı ilə bağlı böyük tədbirlər keçiririk. Türkiyə televiziyaları vasitəsilə çıxışlar edib, səsimizi dünyaya çatdırırıq”.

Qeyd edək ki, Rusiyalı müğənni Dima Bilan “ermənin soyqırımı” haqqında mahnı və klip hazırlayır. Rusiya KİV-lərinin yaydığı məlumata görə, mahnı artıq hazırdır. Klipin bir hissəsi Ermənistanda Ararat dərəsində, digər hissə “Mosfilm”in xüsusi dekorasiya olunan pavilyonunda çəkiləcək.

“Bu mövzu mənə təkcə tarix kitablarından məlum deyil. Mənim ulu nənəm Şuşan Tiqranovna 13 yaşında bu hadisələrdən canını qurtarıb. Onu Türkiyədən Rusiyaya qaçan rus hərbçilər xilas edib. Təəssüflər olsun ki, ulu nənəm mən dünyaya gəlmədə vəfat edib. Lakin anamın sözlərinə görə, o, ömrünün sonuna qədər öz yaxınlarını axtarıb”, - deyə Bilan müsahibəsində bildirib.

Klipin 2017-ci ilin aprel ayında istifadəçilərə təqdim olunması planlaşdırılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti