Komitə 10 dini icmaya pul ayırdı

Komitə 10 dini icmaya pul ayırdı
  06 Dekabr 2016    Oxunub:1756
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Komitə sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli- mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb.

S.Salahlı dini icmalara həyata keçirəcəkləri layihələr çərçivəsində milli-mənəvi dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyi tövsiyə edib. Eyni zamanda, Komitə sədrinin birinci müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağın, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrinin, ümummilli maraqlardan çıxış etmələrinin vacibliyini bildirib. S.Salahlı icmaları radikalizmlə mübarizədə daha fəal olmağa çağırıb, dini icma sədrlərinə müvafiq tövsiyələrini verib.

Astara şəhəri “Qum” məscidi, Bakı şəhəri Xətai rayonu “Mirtağı” məscidi, Sumqayıt şəhəri Corat qəsəbə məscidi, Goranboy rayonu Qızılhacılı qəsəbə məscidi, Göyçay şəhəri “Mərkəz” məscidi, Sabirabad rayonu Zəngənə kənd məscidi, İsmayıllı rayon Basqal qəsəbə məscidi, Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi, Masallı rayonu Çaxırlı kənd məscidi, Salyan rayonu Ərəbqardaşbəyli kəndi “Keçmiş Ərəbbəbirxanlı” məscidi dini icmaları ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində tədbirlər həyata keçirəcəklər və yerlərdə təşkil edəcəkləri tədbirlərdə iştirakçılara dini maarifləndirmə xarakterli çap məhsulları təqdim edəcəklər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2014-cü il 27 noyabr tarixli Sərəncamına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən indiyədək 151 dini icmaya maliyyə yardımı ayrılıb, bunlardan 19-u qeyri-islam, 132-i isə İslam dini icmasıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti