Bahar Muradova: `Ordunun gücləndirilməsi əsas prioritetdir`

 Bahar Muradova: `Ordunun gücləndirilməsi əsas prioritetdir`
  07 Dekabr 2016    Oxunub:1382
“2017-ci ildə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı ayrılan vəsait büdcənin 24 faizini təşkil edir ki, bu da ötən illə müqayisədə 2.1 faiz artıqdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova paramentdə büdcə zərfinin müzakirələri zamanı deyib. Onun sözlərinə görə, növbəti ildə də Azərbaycan müdafiə qabiliyyətinin gücləndirilməsini əsas prioritet istiqamət kimi qarşıya qoyub:

“Bu da təsadüfü deyil. Aprel hadisələrindən sonrakı durum, danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi ölkəmizin müdafiə sahəsini daim diqqət mərkəzində saxlamasını və inkşafını labüd edir. Çünki, son nəticədə münaqişənin həllində Azərbaycanın öz gücünə istinad etməli olduğuna inam getdikcə daha da möhkəmlənir.

Bu həm ordunun qüdrətinin gücləndirilməsini, həm bu sahədə xidmət edən Azərbaycan vətəndaşlarının, hərbçilərin, zabitlərin, əsgərlərin təminatının, onların maddi və sosial durumunun yaxşılaşdırılmasını, həm də ordunun təminatı və müdafiə səneyesinin inkişafını ciddi şəkildə nəzərdə tutur. Hesab edirəm ki, bu sahədəki nailiyyətlərimiz, beynəlxalq aləmdə, hərbi sursat istehsal edən ölkələr sırasında Azərbaycanın rolunun artması ölkəmizin doğru yolda olduğunu göstərir. Lazım gəldikdə Azərbaycan istehsal etdiyi silah-sursatdan ölkənin ərazi bütövlüyünü və müdafiəsini təmin etmək üçün istifadə edəcək”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti