`Orta aylıq pensiya 203 manat olacaq` - Hadi Rəcəbli

`Orta aylıq pensiya 203 manat olacaq` - Hadi Rəcəbli
  08 Dekabr 2016    Oxunub:2951
Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi davam edir.
AzVision.az xəbər verir ki, iclasda çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, fondun büdcədən asılığı ilbəil azalır.

Komitə sədri sədri qeyd edib ki, 2012-ci ildə büdcədən transfert 42% idisə, gələn il 37,4% -ə düşüb:

“Artıq pensiyalarla bağlı hüquqi bazanın dünya təcrübəsinə uyğun olaraq hazırlanması prosesi gedir. Gələn il DSMF 2017-ci ildə gəlirləri 3,4 mlrd. manat təşkil edəcək ki, bu da 2016-ci illə müqayisədə 100 mln. manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqqlarının artımı hesabına nəzərdə tutulub. Xərclərin 95%-ni əmək pensiyalarının ödənişi təşkil edəcək. Bu da 2016-ci illə illə müqayisədə 7,7% çoxdur. Ölkədə gözlənilən orta yaş həddinin artması ilə pensiya alanların 1 mln. 320 min nəfər olacağı gözlənilir. Buna baxmayaraq orta aylıq pensiya 8% artırılaraq 203 manata çatdırılacaq”.

H.Rəcəbli vurğulayıb ki, bu il nəzərdə tutulan müsbət bir dəyişiklik pensiyaların təkcə sığorta hissəsinin deyil, məbləğin bütövklükdə indeksasiya olunmasıdır. Bu da əhəmiyyətli artıma gətirib çıxara bilər:
“Debitor borclarla aparılan işlər yaxşılaşdırılmalıdır. Debitorlara qarşı sanksiyaların gücləndirilməsinə dehtiyac var”.

***

Milli Məclisin plenar iclası öz işinə başlayıb.

AzVision.az xəbər verir ki, iclasda deputatlar və hökumət nümayəndələri 2017-ci ilin büdcə zərfini müzakirə edirlər.

Spiker Oqtay Əsədov deyib ki, gündəlikdə birinci məsələ "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" qanun layihəsidir.

Xatırladaq ki ,gələn ilin büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında", "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında", "2017-ci il üçün yaşayış minimumu haqqında", " 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında", “Milli Məclisin 2017-ci il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti