`Sənə 5 dəqiqə vaxt verirəm, danış` - Spikerdən deputata

`Sənə 5 dəqiqə vaxt verirəm, danış` - Spikerdən deputata
  08 Dekabr 2016    Oxunub:2862
Milli Məclisin bu gün keçirilən iclasında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc çıxışı zamanı vaxt azlığından şikayətlənib.
AzVision.az-ın məlumatına görə, deputat bildirib ki, çıxış üçün vaxt 10 dəqiqə nəzərdə tutulub, amma sonradan 5 dəqiqəyə endirilib: “Ona görə də mən geniş danışa bilmirəm. Müəyyən tezislərim var ki, onlara toxuna bilməyəcəm”.

Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca cavab verib: “Sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış”

Deputat spikerə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Milli Məclisin iclaslarında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında ara-sıra mübahisələr yaşanır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti