`Azərenerji`nin mətbuat xidməti ləğv edildi

`Azərenerji`nin mətbuat xidməti ləğv edildi
  10 Dekabr 2016    Oxunub:2650
“Azərenerji”də struktur dəyişikliyi edilib.
Ləğv edilən qurumun yerində İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsi yaradılıb.

"Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Yəhya Babanlı yeni yaradılan İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinə rəhbər təyin edilib.

ASC-nin keçmiş mətbuat xidmətinin müavini Ələkbər Baxşəliyev isə yen şöbənin müdir müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ə.Baxşəliyev artıq bir neçə il idi ki, “Azərenerji”nin mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.

Xatırladaq ki, Y.Babanlı bundan öncə Dövlət Miqrasiya Xidmətində və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) mətbuat xidmətinin rəhbəri vəzifələsində çalışıb. (“Report”)

AzVision.az


Teqlər:





Xəbər lenti