Bu il Azərbaycanda 9 mindən çox zəlzələ olub

Bu il Azərbaycanda 9 mindən çox zəlzələ olub
  13 Dekabr 2016    Oxunub:1681
Azərbaycan ərazisində hiss olunan zəlzələ sayının artması insanlar arasında təşvişə səbəb olub.
Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli isə əhalini təşvişə düşməməyə çağırıb.

Direktor AzVision.az-a bildirib ki, insanların narahatçılığına əsas yoxdur. Qurban Yetirmişlinin sözlərinə görə, ölkəmizdə Yaponiya, İndoneziya, Çili ilə müqayisədə durğunluq mövcuddur.

“Bu gün İsmayıllı-Pirqulu ərazisində 2 zəlzələnin baş verməsi seysmik zona üçün təbii hadisədir. Şamaxı-İsmayıllı bölgəsi aktiv seysmik zona hesab olunur. İnsanların təşvişə düşməsinə əsas yoxdur. Sadəcə deyə bilərəm ki, narahat olmayın”.

Qurum rəsmisi qeyd edib ki, bu il Azərbaycan ərzisində 9 mindən çox yeraltı təkan qeydə alınıb. “Lakin onların 20-i hiss olunan yeraltı təkanlardır. Zəlzələrin sayı bu il çox ola bilər, lakin 2015-ci illə müqayisədə hiss olunan yeraltı təkanların sayı azdır. Əhalinin təşvişə düşməsi üçün əsas yoxdur. Dağıdıcı zəlzələlərin olması gözlənilmir”.

Qeyd edək ki, bu gün İsmayıllı ərazisində 4 bal gücündə 2 zəlzələ olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti