Netanyahunun Bakı səfəri başa çatdı

Netanyahunun Bakı səfəri başa çatdı
  14 Dekabr 2016    Oxunub:1545
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasına işgüzar səfəri dekabrın 13-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrailin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.

AzVision.az


Teqlər:





Xəbər lenti