Netanyahu təyyarədə: `Bakı səfərim uğurlu oldu` (Video)

Netanyahu təyyarədə: `Bakı səfərim uğurlu oldu` (Video)
  14 Dekabr 2016    Oxunub:12422
İsrailin baş naziri Binaymin Netanyahu Azərbaycana səfərinin yekunlarını yüksək qiymətləndirib.

AzVision.az xəbər verir ki, baş nazir bu barədə Qazaxıstana səfəri zamanı təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycana səfərim çox uğurlu oldu. Biz Qazaxıstan gedirik. Bu səfər də uğurlu olacaq”, - deyə Netanyahu söyləyib.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu ötən gün Azərbaycanda işgüzar səfərdə olub. Səfəri zamanı baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirib. Görüşdə bir sıra məsələlər müzakirə olunub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti