İrana qarşı sanksiyalar qüvvəyə mindi

İrana qarşı sanksiyalar qüvvəyə mindi
  15 Dekabr 2016    Oxunub:1813
Dekabrın 15-də ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətinin daha 10 il uzadılması haqqında qanun qüvvəyə minib.
AzVision.az Rusiya KİV-nə xəbər verir ki, Konqres qanun layihəsini təsdiqləyib.

Məlumata görə, ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq edilən sanksiyaların müddətinin uzadılmasını nəzərdə tutan qanunu ya imzalamalı, ya da ondan imtina etməli idi.

Obama sənədi nə imzalayıb, nə də ondan imtina edib. Bu halda da qanun qüvvəyə minir.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası noyabrın 16-da İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verib. Nümayəndələr Palatasının 419 üzvü sanksiyaların uzadılmasını dəstəkləyib.

Daha əvvəl İranın ali dini lideri Əli Xamenei bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaların müddətini daha 10 il artırması nüvə razılaşmasının pozulması anlamına gəlir.

“Hazırkı ABŞ hakimiyyəti dəfələrlə nüvə proqramı üzrə razılaşmanı pozub. Sonuncu dəfə onlar sanksiyaları 10 il müddətinə uzatdılar. Əgər onlar bunu etsələr, nüvə razılaşması birgə hərəkət planına zidd olacaq. İran cavab tədbirləri görəcək”, - deyə Xamenei bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti