`Uşaqlar üçün həbs müddəti 8 ilə endirilsin` - UNİCEF

`Uşaqlar üçün həbs müddəti 8 ilə endirilsin` - UNİCEF
  15 Dekabr 2016    Oxunub:1656
“Azərbaycanda uşaqlar üçün ağır cəzaya görə tətbiq edilən maksimal həbs müddətinin 10 ildən 8 ilə endirilməsi yaxşı olardı”.
AzVision.az xəbər verir ki, bu təkliflə UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvadin bu gün “Uşaqlar üçün qanunvericilik: Milli Məclis UNICEF əməkdaşlığı” mövzusunda keçirilən tədbirdə çıxış edib.

E.Karvardin bildirib ki, uşaqların övladlığa götürülməsi üçün göstərilən səylər dəstəklənməlidir.

UNİCEF rəsmisi qeyd edib ki, Azərbaycanda əhali arasında orqanizmdə dəmir çatışmazlığı problemi özünü göstərir:

“Azərbaycanda hər 3 qadından birinin dəmir çatışmazlığı problemi var. Ona görə də həm hamilə qadınlar, həm də gənclər arasında sağlamlıqla bağlı müəyyən problemlər özünü göstərir. Uşaqların rifah səviyyəsinin yüksəldilməsi üçün UNİCEF-in gələcəkdə də Azərbaycana dəstək göstərməyə hazırdır”.

Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxışı zamanı bildirib ki, Azərbaycan hökuməti uşaq hüquqlarının qorunması ilə bağlı üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirir.

Vitse-spiker qeyd edib ki, Azərbaycan müstəqil olduğu 25 il ərzində uşaq hüquqlarının qorunması üçün koordinasiya olunmuş fəaliyyətə üstünlük verib. “Azərbaycan bu sahə üzrə bir çox beynəlxalq konvensiyalara qoşulub. Bu gün həmin konvensiyalardan irəli gələn öhdəlikləri yerinə yetiririk. Ölkəmizin UNİCEF-lə əməkdaşlığı daha da inkişaf edib”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti