Qışın Azərbaycana gələcəyi vaxt açıqlandı

Qışın Azərbaycana gələcəyi vaxt açıqlandı
  15 Dekabr 2016    Oxunub:2712
Azərbaycana qış fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb.
AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzVision.az-a verilən məlumata görə, Azərbaycana qış dekabrın 21-də saat 14:44:12-də daxil olacaq.

Həmin gün ilin ən uzun gecəsi olacaq.

Dekabrın 21-dən sonra isə gündüzlər uzanmağa başlayacaq və bu proses martın 21-ə qədər davam edəcək. Martın 21-də isə gecə-gündüz bərabərliyi olacaq.

Aytən Zəhra
AzVision.az



Teqlər:  





Xəbər lenti