Kəmaləddin Heydərov və Rövnəq Abdullayev qəza yerində

Kəmaləddin Heydərov və Rövnəq Abdullayev qəza yerində
  16 Dekabr 2016    Oxunub:3761
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması ilə əlaqədar hadisə yerindədirlər.

Bu barədə AzVision.az-a FHN-in mətbiat xidmətindən bildirilib.

Hazırda onlar hadisə baş vermiş əraziyə baxış keçirərək itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə operativ müzakirə keçirirlər.

Qeyd edək ki, ötən gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti