Azərbaycan İsraildən `Dəmir günbəz` alır - Nazir təsdiqlədi

Azərbaycan İsraildən `Dəmir günbəz` alır - Nazir təsdiqlədi
  17 Dekabr 2016    Oxunub:13855
Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin müvafiq qurumu arasında "Dəmir günbəz" Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunub.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov bildirib. Nazir Müdafiə Sənayesi Nazirliyinin həmin sistemin alınmasına müsbət rəy verdiyini də qeyd edib.

"Dəmir günbəz" Raket Hücumundan Müdafiə taktiki sistemi uçuş məsafəsi 4 km-dən 70 km-dək olan, idarə edilməyən taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulur.

Sistem İsrailin "Rafael" şirkəti tərəfindən yaradılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti