Roqozin Rusiya-Azərbaycan sərhəddinə getdi

Roqozin Rusiya-Azərbaycan sərhəddinə getdi
  17 Dekabr 2016    Oxunub:2420
Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyasının iclasından sonra Rusiyanın baş nazirinin müavini, komissiyanın həmsədri Dmitri Roqozin Azərbaycan-Rusiya dövlət sərhədinə gedib.
AzVision.az-ın məlumatına görə, bunu D. Roqozin “Twitter”də yazıb.

“Bakının hava limanına getdiyim zaman əlavə 500 km yol getməyi qərara aldım və hər kəs üçün gözlənilməz olaraq Rusiya-Azərbaycan dövlət sərhədində buraxılış-keçid məntəqəsinin işini yoxlamağa gəldim”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Bakıda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyasının iclasında Baş nazirin birinci müavini, komissiyanın həmsədri Yaqub Eyyubov Azərbaycandan Rusiyaya meyvə-tərəvəz və digər məhsullar aparan yük avtomobillərin sərhəddə ləngidilməsi hallarının baş verdiyini deyib. D. Roqozin isə bundan sonra yük maşınlarının sərhədi heç bir ləngitmə olmadan keçəcəyini söyləyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti