Dünyanın nüfuzlu agentlikləri `ASAN Viza`dan yazır

Dünyanın nüfuzlu agentlikləri `ASAN Viza`dan yazır
  19 Dekabr 2016    Oxunub:3851
Gündəlik 76 milyon oxucusu olan Yahoo News, o cümlədən NBC Right Now, CBS news, Daily News şəbəkələri, New York Business JournalMiami Herald xəbər saytlarında “ASAN Viza Sistemi” barədə məlumat dərc olunub. Yazının orijinalını linkləri klikləməklə oxuya bilərsiniz.

AzVision.az həmin məqalənin tərcüməsini təqdim edir:

Azərbaycana “ASAN” səyahət

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış “ASAN Viza sistemi”, 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsi, 2015-ci ildə 1-ci Avropa Oyunları və 2016-cı ildə Formula 1 yarışlarına ev sahibliyi etmiş Azərbaycana səfər etmək istəyən 81 ölkənin vətəndaşlarına, o cümlədən vətəndaşlığı olmayan şəxslərə birdəfəlik elektron vizanın (30 gün müddəti üçün) verilməsi təmin edir.

Əcnəbilər, ASAN viza portalı vasitəsilə, yaşayış yeri məhdudiyyəti olmadan, evlərindən çıxmadan, növbədə gözləmədən, sənədlər toplamadan və passportu fiziki olaraq təqdim etmədən onlayn müraciət edərək viza əldə edə bilərlər. Viza üçün dövlət rüsumu 20 ABŞ dollarıdır və bu rüsum onlayn formada ödənilə bilir. Elektron vizalar individual şəxslərə, ailələrə (ən az 2 ən çox 10 nəfər) və qruplara (ən az 10 ən çox 300 nəfər) veriləcəkdir. Hazırda test rejimində fəaliyyət göstərən “ASAN Viza” portalı 2017-ci ilin 10 yanvar tarixindən etibarən tam istifadəyə veriləcək.

Yeni viza sisteminin konsepsiyası, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılan “ASAN Xidmət” standartlarından irəli gəlir. Belə ki, “ASAN Xidmət” mərkəzləri bir pəncərə prinsipi üzrə dövlət xidmətlərini göstərən orqandır və BMT-nin dövlət xidmətlərinin göstərilməsi sahəsində ən prestijli mükafatına layiq görülmüşdür. Bugünə qədər 13 milyona yaxın vətəndaş bu mərkəzlərin xidmətlərindən istifadə edib və məmnunluq dərəcəsi isə 100 faizə yaxındır.

Qeyd edilməlidir ki, Azərbaycan brendi olan “ASAN xidmət” təcrübəsi inkişaf eləmiş və inkişaf etməkdə olan ölkələr, o cümlədən İtaliya, Estoniya, Albaniya, Koreya, Makedoniya, Əfqanıstan və digər ölkələr tərəfindən mütəmadi olaraq öyrənilir və həmçinin təcrübədə tətbiq edilir.

Məqalədə həmçinin “ASAN Xidmət” standartlarının bütün dövlət xidmətlərinə tətbiqi üçün, “ASAN Xidmət İndeksi”nin yaradılması bildirilir. Bu indeks dövlət xidmətlərinin göstərilməsi keyfiyyətini müəyyən edərək, qərar qəbul edən şəxslərə dövlət xidmətlərinin göstərilməsində olan çatışmazlıqları müəyyən etməyə kömək edəcək və onları bu sahədə səmərəliliyin artırılması üçün bir sıra tədbirlərin görülməsinə sövq edəcək. Qeyd olunur ki, “ASAN xidmət indeksi” obyektiv parametrlər əsasında olan ilk qiymətləndirmə indeksi olacaq, bu da dövlət xidmətlərinin göstərilməsi sahəsinə innovasiyalar gətirəcək.



Teqlər:  





Xəbər lenti