`Saytımızdan yükləmələr pullu olacaq` - Məleykə Abbaszadə

`Saytımızdan yükləmələr pullu olacaq` - Məleykə Abbaszadə
  19 Dekabr 2016    Oxunub:2048
Yanvarın 1-dən etibarən monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili jurnallarının yüklənməsi pullu olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na həsr olunan konfransda deyib.

O qeyd edib ki, jurnalın əsas yükləmələri xaricdən həyata keçirilir: “Son bir il ərzində yükləmələrin sayı 3400-ə yaxın olub. Son 2 ayda isə keçirilən görüşlərin nəticəsi olaraq 500 yükləmə olub. Bunları da sırf region müəlimləri edib. Yükləmələr hazırda pulsuz olduğundan onları indidən yükləməyinizi məsləhət görərdim. Çünki bu yükləmələrin qiyməti gələn il ən azı 1 manat olacaq”.

M.Abbaszadə imtahan qaydalarının dəyişdirilməsi ilə bağlı tez-tez suallar verənlərə dövlət tərəfindən qəbul edilən sənədlərlə tanış olmalarını bildirib.

“Bu sənədlər təhsil mühitini formalaşdıran sənədlərdir və biz onları icra edirik. Kurikulumla təhsil alan şagirdlərin biliklərini yoxlamaq üçün yeni növ tapşırıqların verilməsi lazım idi. Bunun üçün də 2013-cü ildən başlayaraq, şagirdlər arasında Azərbaycan dili ( tədris fili rus dili olanlar üçün rus dili) və riyaziyyatdan monitorinq imtahanları keçirilir. Bazada hazırda 9-cu sinifdə oxuyan 113 min nəfər şagirdin adı var. Onların da 85 459-u artıq monitorinq imtahanlarından keçib".

Aytən Zəhra
AzVision.az



Teqlər:  





Xəbər lenti