Buraxılış imtahanında fənlərin sayı artırıla bilər
M.Abbaszadə qeyd edib ki, IX siniflər üzrə buraxılış imtahanının I mərhələsi fevralın sonu martın əvvəlində dörd istiqamət üzrə aparılacaq: “İlk imtahan Bakıda keçiriləcək. Bundan sonra imtahanlar ölkənin 3 əlavə regionunda olacaq. Ümumilikdə IX siniflər üzrə buraxılış imtahanının martın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Buraxılış imtahanının II mərhələsi isə orta məktəblər dərslər başa çatdıqdan sonra iyun ayında olacaq. XI siniflər üzrə buraxılış imtahanında isə bu il heç bir dəyişiklik olmayacaq. XI sinif məzunları üçün buraxılış imtahanları yalnız iyun ayında keçiriləcək”.
“Azərbaycanda kurikulumla təhsil alan şagirdlər XI sinfə çatdıqda, yəni iki ildən sonra vahid imtahanların tədbiq olunmasının mümkünlüyünə gəlincə deyə bilərəm ki, ilk olaraq builki imtahanların nəticələri müzakirə olunmalıdır. Nəticələrdən asılı olaraq konkret fikir bildirmək olar”, - deyə Direktorlar Şurasının sədri əlavə edib.
İlkin Nəcəfzadə
AzVision.az