Putinin mətbuat konfransı təxirə salındı- (VİDEOXƏBƏR)

Putinin mətbuat konfransı təxirə salındı- (VİDEOXƏBƏR)
  21 Dekabr 2016    Oxunub:2865
Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransının vaxtı dəyişdirilib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitriy Peskov deyib.

Onun sözlərinə görə, Putin Rusiyanın Türkiyədə qətlə yetiriliən səfiri Andrey Karlovun dəfni ilə əlaqədar mərasimdə iştirak edəcək: `Dekabrın 22-də Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andery Karlov dəfn ediləcək. Həmin mərasimdə prezident Vladimir Putin də iştirak edəcək. Bu səbəbdən böyük mətbuat konfransının vaxtı dekabrın 23-nə keçirilib`.

Qeyd edək ki, mətbuat konfransı dekabrın 22-də keçiriləcəkdi.

Putin ənənəvi tədbirində ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı sualları cavablandıracaq.

Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanacaq.



İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:  





Xəbər lenti