Prezidentə təbriklər gəlməkdə davam edir - (Yenilənib)

Prezidentə təbriklər gəlməkdə davam edir - (Yenilənib)
  23 Dekabr 2016    Oxunub:6173
MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev prezident İlham Əliyevə təkbik məktubu göndərib:

“Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə MDB Parlamentlərarası Assambleya Şurası adından təbriklərimizi qəbul edin.

İcazə verin, Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycan Respublikasının daha da inkişafı və onun vətəndaşlarının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayım”.

***

Misir-Azərbaycan Dostluq Qrupunun sədri, millət vəkili, sabiq xarici işlər naziri Səfir Məhəmməd Əl-Orabi də təbriklərə qoşulub:

“Möhtərəm cənab Prezident. Misir-Azərbaycan Dostluq Qrupunun üzvləri Zati-alinizə əlamətdar yubileyiniz münasibətilə səmimi təbriklərini çatdırır, Azərbaycan xalqı, ümumiyyətlə, İslam dünyası üçün gördüyünüz böyük işlərə görə minnətdarlıq edir, möhkəm cansağlığı və uzun ömür arzulayırlar. Bu gün tarix atanız, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Sizin prinsipial şəkildə davam etdirdiyiniz uğurlu siyasət kursuna şahidlik edir.

Bu xoş fürsətdən istifadə edərək, Dostluq Qrupu Misir və Azərbaycan xalqlarını birləşdirən müştərək dəyərləri qoruyacağını vurğulayır və qarşılıqlı əməkdaşlıq, hüquq və ədalət üzərində sülhün bərqərar olması, dostluq və qardaşlıq çərçivəsində hər iki dövlətin inkişafı naminə səylərini davam etdirəcəyini bildirir.

Cənab Prezident, İslam dövlətlərini bir araya gətirmək, onların arasındakı ixtilafları azaltmaq, müharibələrin alovlandığı indiki vaxtda Azərbaycan xalqının birliyini qoruyub saxlamaq uzaqgörən siyasətinizin açıq-aydın sübutu və dünya siyasətində Sizin rolunuzun göstəricisidir.

Cənab Prezident, bütün qəlbimizlə Sizi doğum gününüz münasibətilə təbrik edir, Zati-alinizə yeni-yeni uğurlar diləyirik. Allah Sizi qorusun!

Sizə və qardaş Azərbaycan xalqına xeyir-bərəkət arzulayırıq”.

***

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqadan, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldindən və İdarə Heyətinin üzvlərindən: “Möhtərəm cənab Prezident. Əlamətdar yubileyiniz münasibətilə çoxsaylı dostlarınızın və Sizi təbrik edənlərin hamısının arzularına qoşulmaqdan məmnunluq duyuruq. Qoy qarşıdan gələn illər Sizə cansağlığı, xoşbəxtlik və uğur gətirsin.

Bu xoş fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə möhkəm dəstəyinizə və Mərkəzin İdarə Heyətinin üzvlərinə bəslədiyiniz səmimi münasibətə görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Biz qəti əminik ki, Sizin rəhbərliyiniz və davamlı dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha böyük uğurlar qazanacaq”.

***

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkodan:

“Hörmətli İlham Heydər oğlu. Əlamətdar yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında Sizi görkəmli dövlət xadimi kimi tanıyırlar. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, mədəni və ictimai həyatda, dünya arenasında mövqelərinin möhkəmlənməsində sanballı uğurlar qazanıb.

Rusiya və Azərbaycan xalqlarının dostluğunun möhkəmlənməsinə, dövlətlərarası münasibətlərin və bu münasibətlərin ayrılmaz tərkib hissəsi kimi ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişafına Sizin böyük şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Əminəm ki, Sizin fəal köməyiniz sayəsində Rusiya-Azərbaycan parlamentlərarası əlaqələri bundan sonra da regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinin, davamlı inkişafın, vətəndaşların həyat səviyyəsinin keyfiyyətini yüksəltməyin ən mühüm amillərindən biri olacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının xoşbəxtliyi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Sizə yüksək ehtiramıma əmin olmağınızı xahiş edirəm”.

***

LUKOYL şirkətinin prezidenti Vahid Ələkbərov da ölkə başçısını təbrik edib:

“Hörmətli İlham Heydər oğlu! 55 illik yubileyiniz münasibətilə ürəkdən gələn, ən səmimi təbriklərimi qəbul edin.

Bu əlamətdar gündə Sizə - enerjili, istedadlı, təcrübəli liderə, uzaqgörən və müdrik dövlət rəhbərinə bir daha səmimi ehtiramımı və minnətdarlığımı bildirmək istərdim.

Sizin rəhbərliyinizlə Azərbaycan regionda və bütün dünyada sabitliyin və tərəqqinin mühüm amilinə çevrilib. Ölkəniz sosial-iqtisadi potensialın inkişaf etdirilməsi və dərinləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradılması və xarici ölkələrlə geniş ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi sahəsində sanballı uğurlar qazanıb.

LUKOYL ilə Azərbaycanı çoxillik və mehriban əməkdaşlıq münasibətləri bağlayır.

Hörmətli İlham Heydər oğlu, ölkənizin ərazisində bizim şirkətin fəaliyyətini şəxsən dəstəklədiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi bir daha əmin etmək istəyirəm ki, biz ölkələrimizin xalqlarının mənafeyi naminə azərbaycanlı tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətin daha da genişlənməsi və dərinləşməsi üçün bundan sonra da hər cür səy göstərəcəyik.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifədə məsul işinizdə yeni, parlaq uğurlar arzulayıram”.

***

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan gələn təbrik məktubu: “Hörmətli İlham Heydər oğlu. Əlamətdar 55 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Sizə ünvanlamaqdan məmnunluq hissi duyuram.

Yorulmaz əməyiniz və səyləriniz sayəsində Azərbaycan sosial-iqtisadi inkişafla bağlı böyük uğurlara nail olub və beynəlxalq məkanda haqlı olaraq layiqli mövqe tutur. Biz dostlarımızın bu nailiyyətlərinə səmimi qəlbdən sevinirik.

Sizin Tacikistan-Azərbaycan münasibətlərinin inkişafına töhfəniz də sanballıdır. Tacikistan Azərbaycan ilə tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Biz qarşılıqlı faydalı əməkdaşlığımızı bütün istiqamətlərdə ardıcıl davam etdirməyə hazırıq. Əminəm ki, ölkələrimizin qarşılıqlı əlaqələri birgə səylərimizlə daha da möhkəmlənəcək və maraqların üst-üstə düşdüyü yeni sahələri əhatə edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Azərbaycanın tərəqqisi naminə bütün təşəbbüslərinizdə daha böyük uğurlar arzu edirəm”.

***

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev də İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi 55 illik yubileyiniz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Siz ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafına, sənaye, infrastruktur və energetika sahələrində iri müştərək layihələrin həyata keçirilməsinə daim diqqət yetirirsiniz. Əminəm ki, əməli qarşılıqlı fəaliyyətin gücləndirilməsi, regionlararası kooperasiyanın və işgüzar əlaqələrin genişlənməsi Rusiyanın və Azərbaycanın mənafelərinə tamamilə uyğundur.

Sizinlə həmişə konstruktiv, etimada əsaslanan şəraitdə keçən görüşlərimizi səmimiyyətlə xatırlayıram. Səmərəli ünsiyyətimizin davam etdirilməsinə şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

***

Eyni zamanda Ukrayna prezidneti Petro Poroşenko da Azərbaycan prezidentini təbrik edib.

Məktubda deyilir: "Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Müasir Azərbaycanın gələcək uğurlu tərəqqisinə, cəmiyyətin sürətli inkişafına və ölkənin nüfuzunun beynəlxalq arenada möhkəmlənməsinə yönəlmiş ali dövləti fəaliyyətiniz Ukraynada və dünyada geniş rəğbət qazanıb.

İnanıram ki, Ukrayna-Azərbaycan əməkdaşlığı gələcəkdə də etimad və qarşılıqlı anlaşma prinsipləri əsasında səmərəli şəkildə inkişaf edəcək, birgə səylərimiz isə Ukrayna və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasına təsir göstərəcək.

Əminəm ki, 2017-ci ildə Ukraynaya Sizin gözlənilən səfəriniz zamanı səmimi dialoqun davamı ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa və səmərəli tərəfdaşlığa yeni impuls verəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və dost Azərbaycan xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə bol enerji və yeni nailiyyətlər arzu edirəm".

Bundan başqa Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev və Misir-Azərbaycan Dostluq Qrupunun sədri, millət vəkili, sabiq xarici işlər naziri Səfir Məhəmməd Əl-Orabi də İlham Əiyevi təbrik edib.

***

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib:

AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycanın hərtərəfli nailiyyətlərinə - cəmiyyətin rifahının yüksəlməsinə və iqtisadiyyatın dinamik inkişafına, dövlətçiliyinin və dünyada nüfuzunun möhkəmlənməsinə görə ürəkdən sevinirəm.

Bizim aramızda etimada əsaslanan, bu yaxınlarda Sizin gözəl ölkənizə səmərəli səfərimin gedişində daha da möhkəmlənmiş dostluq münasibətlərini yüksək qiymətləndirir və əziz tuturam. Əminəm ki, ölkələrimizin qardaş xalqlarının mənafeyi naminə Belarus-Azərbaycan əməkdaşlığını keyfiyyətcə daha yüksək səviyyəyə çatdırmaq üçün qarşılıqlı səylərimiz artıq yaxın gələcəkdə hiss olunan nəticələr verəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə, doğmalarınıza və yaxınlarınıza səmimi qəlbdən yeni quruculuq uğurları, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".

***

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

`Hörmətli İlham Heydər oğlu. Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan xalqının mənafeyinə yorulmadan göstərdiyiniz qayğı haqlı olaraq Sizə regionda və onun hüdudlarından kənarda hörmət və nüfuz qazandırıb. Dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi biz Türkmənistanda yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat enerjisi, şəxsi səadət, bütün dost Azərbaycan xalqının tərəqqisi və firavanlığı naminə ali dövləti vəzifənizdə uğurlar arzulayıram`.


**

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr daim inkişaf edir. İki ölkə arasında qarşılıqlı siyasi etimad möhkəmlənir, iqtisadi, ticari, humanitar və digər sahələrdə əməkdaşlıq sabit olaraq inkişaf edir, ənənəvi dostluq günbəgün möhkəmlənir.

Dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında xalqlarımızın rifahı naminə səmimi əməkdaşlığın daha da dərinləşməsi üçün Sizinlə bərabər səy göstərmək istəyirəm.

Sizə möhkəm cansağlığı arzulayıram".

***

Bolqarıstan Prezidenti Rosen Plevneliyev də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: "Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək istərdim. Sizə möhkəm cansağlığı və çox məsuliyyətli işinizdə uğurlar arzulayıram.

Ölkələrimiz arasında strateji əməkdaşlığın inkişaf edəcəyinə və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəyinə inandığımı bildirməkdən şərəf duyuram.

Hörmətli cənab Prezident, bir daha Sizə olan dərin ehtiramımı çatdırmaq istərdim".

***

Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib:

"Sizə əlamətdar yubileyiniz münasibətilə səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dünyada sabitlik amilidir və hamı üçün daha xoş və ədalətli gələcəyə yol açır. Arzum budur ki, bundan sonra da uzun illər ərzində sabitlik və tərəqqi yolunda dost Azərbaycan xalqına rəhbərlik edəsiniz.

Monteneqro xalqı adından və şəxsən öz adımdan bizim yaxın və dost ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün göstərdiyiniz bütün səylərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də ölkə başçısını təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin.

Sizin yürütdüyünüz müdrik və dərindən düşünülmüş daxili və xarici siyasət sayəsində qardaş Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi inkişafın bütün sahələrində sanballı uğurlar qazanılır, xalqın rifahının yüksəldilməsinə, ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə yönəlmiş uğurlu dəyişikliklər və islahatlar dinamik şəkildə həyata keçirilir.

Özbək və Azərbaycan xalqlarını tarixin və zamanın sınağından çıxmış çoxəsrlik həqiqi dostluq və qarşılıqlı hörmət münasibətləri, ortaq və yaxın mədəniyyət, adət və ənənələr sıx bağlayır.

Ötəri olmayan bu dəyərlər Özbəkistan ilə Azərbaycan arasında qarşılıqlı anlaşma və etimad prinsiplərinə, ölkələrimizin və xalqlarımızın mənafeyi, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi naminə səmərəli qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əlverişli və möhkəm zəmin yaradır.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və hərtərəfli uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləmək istəyirəm".

AzVision.az


Teqlər:  





Xəbər lenti