Elçinin qardaşına 25 güllə vurulub - Rəsmi

Elçinin qardaşına 25 güllə vurulub - Rəsmi
  22 Dekabr 2016    Oxunub:2349
Daxili İşlər Nazirliyi (DİN) Masallı rayonundakı qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü olaraq Lənkəran şəhər rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib.

ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Qeyd edək ki, qətlə yetirilən şəxs lənkəranlı kriminal avtoritet kimi tanınan Elçinin qardaşıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti