Kəlbəcər girovlarından yeni xəbər var

Kəlbəcər girovlarından yeni xəbər var
  22 Dekabr 2016    Oxunub:2408
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Dağlıq Qarabağ ərazisində saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkiblər.
AzVision.az xəbər verir ki, bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Onun sözlərinə görə, komitənin nümayəndələri görüş zamanı D.Əsgərov və Ş. Quliyevə ailələrindən onlara, onlardan isə ailələrinə məlumatlar və məktub çatdırıblar.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti