Bakının Baş planına yenidən baxılacaq
Müzakirələrin nəticələri əsasında layihəyə dair tövsiyyələr, təklif və iradlar bildirilib. Qeyd olunanlar, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin qeyd olunan iradları qısa müddətdə aradan qaldırılması ilə əlaqədar Bakı Dövlət Layihə İnstitutuna aşağıdakı tapşırıqlar verilib:
- Metro xətləri "Bakı Metropoliteni" QSC-nin 2035-ci ilə olan perspektiv inkişaf konsepsiyasına uyğunlaşdırılması;
- Ələtdə sərnişin hava limanının tikintisi məqsədəuyğun hesab edilmədiyi üçün layihədən çıxarılması;
- Mənzil fondu üzrə rəqəmlərin dəqiqləşdirilməsi;
- Söküntü həcmlərinə yenidən baxılması;
- İqtisadi göstəricilərin dəqiqləşdirilməsi;
- Nəzərdə tutulan mərkəzlər və buradakı əhali saylarının dəqiqləşdirilməsi;
- Qeyd olunanları nəzərə alaraq layihənin təshih olunaraq yenidən təqdim edilməsi.
AzVision.az
Teqlər: