Oğurluq edən şəxslər tutuldu

Oğurluq edən şəxslər tutuldu
  24 Dekabr 2016    Oxunub:1677
Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 22-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzlərindən birində Bakı şəhər sakini Ehtimad Hüseynova məxsus mağazadan 800 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ümid Qarayev Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilib.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də rayon ərazisində 3 evdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaləddin Əliyev tutulub.

Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də rayon sakini Kamran Əmrahova məxsus mağazadan 484 manat pul oğurlamaqda şübhəli bilinən həmyerliləri - Fərman İsbatov və Elçin Abdullayev saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti