Lütfi Zadə prezidentə məktub yazdı

Lütfi Zadə prezidentə məktub yazdı
  25 Dekabr 2016    Oxunub:11915
Azərbaycan prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir.

Rusiya Federasiyası Çeçenistan Respublikası Hökumətinin sədri Ruslan Edelgeriyev Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Biz Sizi Azərbaycan xalqının inkişafına və rifahına yönəlmiş ölçülüb-biçilmiş siyasət yürüdən müdrik dövlət başçısı və ölkəsinin əsl vətənpərvəri kimi tanıyırıq. Əminəm ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək. Ümidvaram ki, Sizin yorulmaz səyləriniz, xalqın etimadı və respublika vətəndaşlarının həyatını daha firavan etmək üçün gördüyünüz işlər ali dövləti fəaliyyətinizdə uğurlarınızı daha da artıracaq.

İcazə verin, bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edim”.

***

Moldova Ombudsmanı (2008-2015), İctimai Palatanın sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova nümayəndəliyinin direktoru Aureliya Qriqoriu Azərbaycan dövlət başçısına təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Çox hörmətli cənab Prezident.

Bütün Azərbaycan xalqı, bütün dostlarınız kimi, mən də Sizi əlamətdar yubileyiniz münasibətilə təbrik edirəm.

Bu əlamətdar yubiley ən xoş və ən səmimi arzuları Sizə bildirmək və ölkənizin nailiyyətlərini və planlarını bir daha xatırlatmaq imkanı verir.

Sizi şəxsən tanıdığım üçün xeyirxahlığınıza və qəlbinizin dərinliklərindən gələn mənəvi nura heyran qalmaqdan yorulmuram. Belə nəcib keyfiyyətlər heç də hamıya nəsib olmur. Dövlət başçısı üçün isə bu, xüsusilə əhəmiyyətlidir. Bu əlamətdar gündə qeyd etmək xoşdur ki, dövlət müstəqilliyinin bərpasından ötən 25 il ərzində təməli atanız, görkəmli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulan quruculuq yolunu uğurla davam etdirməyiniz sayəsində nailiyyətlərini və qələbələrini artıraraq dünyanın lider ölkələri arasında layiqli yer tutan Azərbaycan üçün çox iş görmüsünüz və əminəm ki, bundan sonra da görəcəksiniz.

Bu gün Siz dünyada keçmiş 15 Sovet İttifaqı respublikasından heç biri ilə müqayisəedilməz uğurlar qazanmış, xarici investisiyalara ehtiyacı olan ölkədən başqa dövlətlərə investisiya yatıran bir ölkəyə çevrilmiş Azərbaycanın və onun xalqının maraqlarını ardıcıl surətdə təkidlə irəlilədən həqiqətən müdrik və çox diplomatik, mədəni və uzaqgörən bir siyasi xadim kimi tanınırsınız.

Çiyinlərinizə necə mürəkkəb, məsuliyyətli və eyni zamanda, şərəfli missiyanın düşdüyünü anlayaraq, Sizə ilk növbədə möhkəm cansağlığı, tükənməz həyat eşqi arzu edirəm. Prezidenti olduğunuz ölkəyə bundan sonra da inkişaf etməyi diləyirəm. Dünyada mürəkkəb vəziyyətin yaranmasına baxmayaraq, arzu edirəm ki, bütün çətinliklər Sizin ölkədən yan ötsün, Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapsın. Mən regionda sülhü qoruyub saxlamaq və məcburi köçkünləri doğma yurdlarındakı ev-eşiklərinə qaytarmaq üçün şəxsən Sizin necə böyük səylər göstərdiyinizi gözəl bilirəm.

Cənab Prezident, Sizə bu sahədə xüsusi uğurlar arzu edirəm”.

***

Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadə də Azərbaycan prezidentini təbrik edib.

Təbrikdə deyilir: “Əziz Prezident İlham Əliyev.

Mən doğum gününüz münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaq istərdim. Siz Azərbaycanı xalqın rifahı naminə ən yüksək bilik, siyasi bacarıq ilə idarə etmisiniz və hazırda da idarə edirsiniz. “Eurovision” mahnı müsabiqəsinin, ilk Avropa Oyunlarının və digər beynəlxalq tədbirlərin Sizin dəstəyinizlə keçirilməsi xüsusilə diqqətəlayiqdir. Dünyada çaxnaşmaların baş verdiyi bir vaxtda Azərbaycan sülh və tərəqqi içində yaşayır. Bu, olduqca nəzərəçarpan nailiyyətdir.

Sizə və ailənizə Yeni il təbriklərimi, ən xoş arzularımı da çatdırmaq istərdim.

Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir. Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata dərin hörmət bəslənilən bir ölkəyə çevirmək üçün Sizin göstərdiyiniz təşəbbüslərdən və gördüyünüz işlərdən olduqca məmnunam. Sizin kimi bir lideri olduğu üçün Azərbaycan çox şanslıdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti