Bayramda rayonlara qatarla gedənlərin diqqətinə!

Bayramda rayonlara qatarla gedənlərin diqqətinə!
  26 Dekabr 2016    Oxunub:2335
Bayram ərəfəsində rayona gedən sərnişinlərin sıxlığını nəzərə alaraq Azərbaycan Dəmir Yolları QSC gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə AzVision.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. O qeyd edib ki, bayramda sərnişin sıxlığı olduğu üçün əlavə vaqonlar qoşulacaq.

“Hal-hazırda vaqonlar texniki baxışdan keçirilir, istilik sistemləri yoxlanılır, hazır vəziyyətə gətirilir. Bayram günlərində çalışacağıq ki, sıxlığı aradan qaldıraq, əlavə vaqonlar qoşaq. Sərnişin sıxlığını aradan qaldırmaq üçün 20-30-a qədər ehtiyat vaqonumuz var ki, bunları istifadə edəcəyik”.

N.Əzməmmədov qeyd edib ki, ən çox sıxlıq Qərb istiqamətində qeydə alınır: “Sərnişin daşıma deprtamenti bunu nəzərə alır, bu istiqamətdə əlavə vaqonlar daha çox olur. Qərb istiqamətində Qazax, Böyük Kəsikə, beynəlxalq istiqamətdə Tiflisə gedənlərin sayı çoxluq təşkil edir. Dekabrın 28-dən artıq sərnişinlər gəlməyə başlayır və bu bayramın sonuna qədər davam edir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti