`Azərbaycan xalqına gözəl günlər arzulayıram` - Ərdoğan

`Azərbaycan xalqına gözəl günlər arzulayıram` - Ərdoğan
  26 Dekabr 2016    Oxunub:2912
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

`Hörmətli Prezident, əziz Qardaşım.

Doğum gününüzü xalqım adından və şəxsən öz adımdan ən səmimi arzularla təbrik edirəm. Öz gücünü ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimizdən alan dostluq və qardaşlıq münasibətlərimizin müdrik rəhbərliyiniz ilə gündən-günə inkişaf edib güclənməsini məmnuniyyətlə müşahidə edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə və dəyərli ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına sülh, rifah və gözəl günlər arzulayıram`.

Bundan başqa Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov, Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov, Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətində nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut da Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzVision.az


Teqlər:  





Xəbər lenti