Zakir Həsənov Baş Komandanla görüşüb

Zakir Həsənov Baş Komandanla görüşüb
  27 Dekabr 2016    Oxunub:1626
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, qonaq fəxri qarovulun önündən keçdikdən sonra protokola uyğun olaraq "Şərəf kitabı"nı imzalayıb.

Görüşdə tərəflər regional hərbi-siyasi vəziyyəti, hərbi əməkdaşlığın perspektivlərini, eləcə də müdafiə sahəsində digər məsələləri ətraflı müzakirə ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti