Bakı vağzalı nə vaxt açılacaq? - FOTOLAR

Bakı vağzalı nə vaxt açılacaq? - FOTOLAR
  28 Dekabr 2016    Oxunub:14052
Bakı Dəmiryolu Vağzalında aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədir.
Bu barədə AzVision.az-a “Azərbaycan Dəmiryolları” QSC-nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, Bakı Vağzalında hazırda tamamla işləri həyata keçirilir.

“Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlararası platformalar, eyni zamanda ölkədaxili və beynəlxalq istiqmaətlərdə hərəkət edən qatarlar üçün platformalar qurulub. Yollar əsaslı təmir olunub. Elektrik təhcizatı, rabitə siqnalizasiyası yenilənib”.

N.Əzməmmədov əlavə edib ki, vağzalın fasad hissəsi köhnə arxitekturasına uyğunlaşdırılıb. “İkinci mərtəbədə “ASAN Kommunal” xidməti fəaliyyət göstərəcək. Birinci mərtəbədə iaşə obyektləri, kassalar olacaq. Eyni zamanda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün eskalatorlar quraşdırılıb. Rəhbərlik çalışır ki, yaxın müddətdə işlər bitsin və vağzal təhvil verilsin”.





























Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti