`Büdcə sistemi haqqında` qanuna dəyişiklik edildi

`Büdcə sistemi haqqında` qanuna dəyişiklik edildi
  30 Dekabr 2016    Oxunub:1325
Milli Məclisin plenar iclasında "Büdcə sistemi haqqında" qanuna dəyişiklik edilib.

AzVision.az-ın məlumatına görə, Milli məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu dəyişiklik maliyyə nəzarətinin gücləndiriməsi istiqamətində görülən tədbirdir.

Dəyişikliyə əsasən ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür. Bu vəsaitin növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə birinədək hissəsi həmin il üzrə bu qanunun 7-ci maddəsində (Bu maddə müdafiə olunan xərc maddələrini əhatə edir) göstərilən xərclərin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilir, yerdə qalan hissəsi isə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) köçürülür.

Qeyd edək ki, dəyişiklikdən əvvəl maddədə deyilirdi ki, ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür. Bu vəsaitin növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə birinədək hissəsi həmin ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilir, habelə bu qanunun 19.2-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hisəsi isə ARDNF-ə köçürülür.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti