Erməni tərəfi dezinformasiya yayır - Müdafiə Nazirliyi

Erməni tərəfi dezinformasiya yayır - Müdafiə Nazirliyi
  30 Dekabr 2016    Oxunub:2978
"Erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya dövlət sərhədində növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb".
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyindən bildirilib. Açıqlamada qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib: "Əgər erməni tərəfinin "təkzibolunmaz sübutları" varsa, təqdim etsinlər. Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir".

AzVision.az




Teqlər:  





Xəbər lenti