Nazir yeni prorektor təyin edib

Nazir yeni prorektor təyin edib
  30 Dekabr 2016    Oxunub:1589
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Azərbaycan Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yeni təyin edilmiş İnkişaf məsələləri üzrə prorektor İranə Əliyevanı kollektivə təqdim edib.

Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor İ.Əliyeva Azərbaycan Dövlət Universitetini bitirib. Hazırkı təyinatadək Bakı Slavyan Universitetində kafedra müdiri işləyibr Uzun illər ölkəşünaslıq və rus dili üzrə pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olub.

İ.Əliyevanın 60-a yaxın elmi əsəri nəşr olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti