Prezident “Maliyyələşdirmə Sazişi”ni təsdiq edib

Prezident “Maliyyələşdirmə Sazişi”ni təsdiq edib
  31 Dekabr 2016    Oxunub:1281
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair “Maliyyələşdirmə Sazişi”nin təsdiqi barədə fərman imzalayıb.

AzVision.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyinə bu fərmanda göstərilən sazişin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.

Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Komissiyasına bildiriş göndərəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti