Bayram günlərində yol qəzalarında ölənlərin sayı açıqlandı

Bayram günlərində yol qəzalarında ölənlərin sayı açıqlandı
  05 Yanvar 2017    Oxunub:1817
Bayram günlərində respublikanın avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrinin statistikası açqılanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, bayram günlərində 27 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 20 nəfər ölüb, 37 nəfər yaralanıb.

Ən ağır qəzalar yanvarın 3-də qeydə alınıb. Belə ki, həmin gün baş verən qəzlarada 7 nəfər ölüb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti