Parlament jurnalistlərinin diqqətinə!

Parlament jurnalistlərinin diqqətinə!
  06 Yanvar 2017    Oxunub:1430
Milli Məclisin fəaliyyətini işıqlandırmaq istəyən jurnalistlər yanvarın 15-dək akkreditasiyadan keçməlidirlər.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzVision.az-a bildirib ki, yanvarın 15-dək jurnalistlərin akkreditasiya ilə bağlı müraciət məktubları qəbul olunacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılırlar. Tətil bitdikdən sonra Milli Məclisin komitələri işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirəcəklər.

Qanunvericiliyə uyğun olaraq, yaz sessiyası fevralın 1-dən mayın 31-dək davam edir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti