Sumqayıt qatarının 1 milyonuncu sərnişini - Foto

Sumqayıt qatarının 1 milyonuncu sərnişini - Foto
  06 Yanvar 2017    Oxunub:9171
Yanvarın 6-da Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən istifadə edən bir milyonuncu sərnişin bəlli olub.
Biletin sahibi Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Leyla Hüseynzadə olub. “Azərbaycan Dəmir Yolları” QSC Sərnişin daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov Leyla Hüseynzadəni bir milyonuncu sərnişin olması münasibətilə QSC rəhbərliyi adından təbrik edib, ona biznes-klass vaqonunda iki ay ərzində pulsuz gediş sertifikatını və hədiyyələr təqdim edib və bildirib ki, təxminən 6-7 ay ərzində artıq 2 milyonuncu sərnişin bəlli olacaq.

Bakı-Sumqayıt-Bakı qatarı istiqamətində Xırdalan və Biləcəri stansiyaları istifadəyə verildikdən sonra sərnişinləri sayı 2 dəfə artıb və gün ərzində 5 mindən artıq sərnişin daşınır.

QSC-dən həmçinin bildiriblər ki, “Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artır. Gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti