Nazirlikdən Nurayla bağlı növbəti açıqlama

Nazirlikdən Nurayla bağlı növbəti açıqlama
  09 Yanvar 2017    Oxunub:2854
Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən yetkinlik yaşına çatmayan Nuray Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi zamanı yaşanan qalmaqalla bağlı hazırda araşdırma aparılır.
Bu barədə AzVision.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, proses araşdırıldıqdan sonra nəticəsi barədə müvafiq tədbirlər görüləcək və ictimaiyyətə ətraflı məlumat veriləcək.

“Ortada konkret məhkəmə qərarı var və məhkəmə qərarının icra olunma prosesinin yekun nəticələri xidməti yoxlamadan sonra bəlli olacaq. Kimin günahı varsa və ya hansısa formada müdaxilə olunubsa, onlarla bağlı müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb. Bu görüntülər günlərdir ölkə gündəminin ən aktual mövzusuna çevrilib.

Xatırladaq ki, Ədliyyə Nazirliyi yanvarın 7-də Quba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı rəsmi məlumat yayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti