`Rəfsəncani şəxsi təyyarəsini Heydər Əliyev üçün göndərmişdi` - Səfir

`Rəfsəncani şəxsi təyyarəsini Heydər Əliyev üçün göndərmişdi` - Səfir
  10 Yanvar 2017    Oxunub:2330
Azərbaycan nümayəndə heyəti İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək.
AzVision.az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə səfirlikdə xatirə kitabının açılması ilə əlaqədar mərasimdə deyib.

Onun sözlərinə görə, Rəfsəncaninin prezidentliyi dövründə Azərbaycanla İran arasındakı münasibətlər çox sürətlə inkişaf edib: "Biz qardaş ölkələrik və çətin günlərində daim bir-birimizin yanında oluruq. Azərbaycanla İran arasındakı münasibətlər daim inkişaf edir".

Səfir əlavə edib ki, mərhum prezidenti Dağlıq Qarabağ münaqişəsi zamanı regiona sülh və sabitlik gətirmək üçün səylər göstərib: "Hətta öz şəxsi təyyarəsini Heydər Əliyevi İrana aparmaq üçün yollamışdı ki, birlikdə Azərbaycanı çətin vəziyyətdən çıxarmağın yollarını müzakirə etsinlər. Dağlıq Qarabağ müharibəsi zamanı da cənab Rəfsəncani regionda sülh və barışı bərpa etmək üçün çox səylər göstərdi".

AzVision.az


Teqlər:  





Xəbər lenti