Rəfsəncaninin dəfninə Azərbaycandan onlar gedir

  10 Yanvar 2017    Oxunub : 1844
Rəfsəncaninin dəfninə Azərbaycandan onlar gedir
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Nəriman Əliyev, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Aydın Mirzəzadə yanvarın 10-da İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, parlament nümayəndə heyəti İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar dəfn mərasimlərində iştirak edəcək.

Səfər yanvarın 12-də başa çatacaq.

AzVision.az

Teqlər: