Daha bir yol təmir edildi

Daha bir yol təmir edildi
  11 Yanvar 2017    Oxunub:1300
Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində və Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işləri aparılaraq yekunlaşdırılıb.
AzVision.az xəbər verir ki, təmir işləri çərçivəsində sözügedən küçələrdə yeni yeraltı kommunikasiya xəttləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub. Aparılmış kompleks işlər yolun hərəkət hissələrinin tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Təmir işləri zamanı hər iki küçədə - yəni Cəfər Xəndan və Nəcəf Nərimanov küçələrində hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yolcizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti