Prezident ilin ilk səfərini Naxçıvana etdi - FOTO

Prezident ilin ilk səfərini Naxçıvana etdi - FOTO
  11 Yanvar 2017    Oxunub:6419
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

AzVision.az xəbər verir ki, Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü.

Qeyd edək ki, bu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ildə ilk səfəridir.



AzVision.az


Teqlər:  





Xəbər lenti