Biləsuvardakı ana ölümünün səbəbi araşdırılır - Nazirlik

Biləsuvardakı ana ölümünün səbəbi araşdırılır - Nazirlik
  11 Yanvar 2017    Oxunub:1770
Səhiyyə Nazirliyi Biləsuvarda baş vermiş ana ölümünə aydınlıq gətirib.
Nazirlikdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, zahılıq dövrünün 34-cü günündə Biləsuvar rayonunda məskunlaşmış Cəlilabad rayon sakini Fehruzova Amidə Füzuli qızı göndərişlə Respublika Klinik Xəstəxanasına 10 yanvar 2017-ci il tarixində daxil olub və həyata keçirilən müalicə tədbirlərinə baxmayaraq 11 yanvar 2017-ci il tarixində dünyasını dəyişib.

Hadisə Səhiyyə Nazirliyinin “Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə komissiya” tərəfindən araşdırılır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti