Evdən 15 minlik qızıl oğurlandı – Video

  11 Yanvar 2017    Oxunub : 888
Evdən 15 minlik qızıl oğurlandı – Video

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

AzVision.az ARB TV-yə istinadən xəbər verir ki, Qulu Quliyev küçəsi, ev 38, mənzil 37 ünvanında yaşayan 46 yaşlı Vasif Əliyev polisə evindən oğurluq edilməsi barədə şikayət edib.

Zərərçəkən izahatında bildirib ki, evə heç kimin olmadığı vaxt girən naməlum şəxslər ümuni dəyəri 15 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıblar. Polis əməkdaşları evə baxış keçiriblər, barmaq izləri götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.



AzVision.az

Teqlər: