İlham Əliyev Davosda yeni prezidentlə görüşəcək

İlham Əliyev Davosda yeni prezidentlə görüşəcək
  14 Yanvar 2017    Oxunub:2213
Azərbaycan prezidenti ilham Əliyev Davosda isveçrəli həmkarı Doris Loythardla görüşəcək.
AzVision.az “Business Standard”a istinadən xəbər veririk, görüş gələn həftə Ümumdünya İqtisadi Forum çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Loythard bu ilin dekabrında İsveçrə prezidenti seçilib və 2017-ci il yanvarın 1-dən başlayaraq prezident səlahiyyətlərini icra edir. O, artıq ikinci dəfədir ki, prezident seçilir.

Loythard 2010-cu ildə İsveçrəyə rəhbərlik edib.

Doris Loythard, həmçinin İsveçrənin ətraf mühit, nəqliyyat, energetika və rabitə naziridir. O,nazir kimi 2011-ci ildə Azərbaycana səfərə gəlib, Bakıda prezident İlham Əliyevlə görüşüb.

Loythard İlham Əliyevlə yanaşı Kolumbiya prezidenti Manuel Santos, Ukrayna prezidenti Pyotr Poroşenko və digər rəsmi şəxslərlə də görüşlər keçirəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti