`Tufan` döyüş fəaliyyətinə başladı - Fotolar
Yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən itisürətli qayıqlarla təchiz edilən və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür.
Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin edilməsi, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli, infrastrukturun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə olunacaq.
AzVision.az