`Bu dəfə ermənilərə fəlakət zərbəsi endiriləcək` - General

`Bu dəfə ermənilərə fəlakət zərbəsi endiriləcək` - General
  17 Yanvar 2017    Oxunub:40297
Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti gərginləşdirməkdə davam edir.

Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi açıqlamada qeyd olunur ki, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub. Hərbi qulluqçularımız arasında itki yoxdur.

Müdafiə Nazirliyi xatırladıb ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə, düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq.

Sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə tez-tez təxribat törətməsinə münasibət bildirib.

General-leytenant AzVision.az -a açıqlamasında deyib ki, cəbhədə vəziyyət belə davam etsə, müharibə hər an başlaya bilər: “Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan hər an hərbi yolla işğal altındakı torpaqlarını azad edə bilər.

Ermənilər cəbhədə vəziyyəti gərginləşdirsələr, sözsüz ki, Azərbaycan ordusu kəskin şəkildə onları susduracaq. Aprel döyüşləri onlar üçün xırda bir ərazi döyüşü kimi xatırlanacaq. Bu dəfə ermənilərə fəlakət səviyyəsində zərbə endiriləcək”.

Y.Aydəmirov qeyd edib ki, ermənilərin cəbhədə vəziyyəti gərginləşdirməsinin iki mühüm səbəbi var: “Birinci, onlar Azərbaycan ordusunun silahlanması ilə ayaqlaşa bilmirlər. Çünki, Ermənistan müasir silahalar ala, müdafiə sənayesini təşkil edə bilmir. İkinci, cəbhədə vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkə daxili problemlərdən, proseslərdən yayındırmaq istəyirlər. Onlar daxili auditoriyaya “mesaj” ötürürlər ki, guya Azərbaycan tərəfi sakit durmur. Ona görə də diqqət Qarabağa yönləndirilməlidir”.

General-leytenant bildirib ki, ermənilər hansı silah növü ilə təxribat törətməyə cəhd edirlərsə, onun 5-10 misli artığı ilə cavab verilir: “Bizdə olan silah növlərinin 60-70 faizi onlarda yoxdur. Çünki, buna bizim maddi imkanlarımız çatır. Həmçinin Müdafiə Sənayesi Nazirliyimiz var. Ona görə də yardımla, qrantla, kreditlə ordu saxlamaq mümkün deyil”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti